Masazırda qanunsuz tikintinin qarşısı alınıb

Masazırda qanunsuz tikintinin qarşısı alınıb
# 06 dekabr 2022 18:18 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeron rayonunun Masazır qəsəbəsində qanunsuz tikintinin qarşısı alıb.

APA xəbər verir ki, Masazır qəsəbəsi Əliağa Vahid küçəsində təsdiq edilən layihədən kənara çıxılaraq, nəzərdə tutulan yaşayış obyektindən fərqli binanın tikildiyi aşkar olunub.

Qanunsuz tikinti işləri dayandırılıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Sumqayıt-Abşeron regional idarəsinin rəisi Orxan Şıxıyev bildirib ki, tikinti işləri qanunsuz aparıldığı, inşaat normaları pozulduğu üçün dayandırılıb və obyekt nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR