Bank Of Baku

Qarabağın erməniəsilli sakinlərinə çatdırılması planlaşdırılan ərzaq yükü 8 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir

Qarabağın erməniəsilli sakinlərinə çatdırılması planlaşdırılan ərzaq yükü 8 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir
# 05 sentyabr 2023 08:37 (UTC +04:00)

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən 40 ton un, artıq 8-ci gündür ki, mənzil başına çatmaq üçün aparılan danışıqların nəticəsini gözləyir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri, avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda Rusiya sülhməramlı kondingentinin postunun qarşısında gözləyir. AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər. Onlar bildiriblər ki, ərzaq yükləri Xankəndidə yaşayan erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR