Sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərin əməkhaqqına əlavələr ediləcək

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 27 iyul 2022 11:29 (UTC +04:00)

“Sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərin əməkhaqqına əlavələrin verilməsini planlaşdırırıq”.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəllimlərin əməkhaqqısının differensiallaşması dedikdə bu, nəzərdə tutulur: “Müəllimlərin əməkhaqqısında yeni əməkhaqqı sisteminin tətbiqini və differensiallaşdırmanı nəzərdə tutmuşuq. Sertifikasiya yalnız müəllimlərin hazırlıq səviyyəsinin təminatı aləti deyil, eyni zamanda müəllimlərin işinin rəğbətləndirilməsidir. Ümid edirəm ki, bu və ya növbəti ildən biz buna başlaya biləcəyik”.

Qeyd edək ki, ümumtəhsil məktəblərində sertifikasiya 2026-cı ilə qədər 137 min müəllimi əhatə edəcək və nəticəsi yaxşı olan 68 min müəllimə differensial əməkhaqqı tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR