MM: Milli Məclisdə "Uşaq pulu" ilə bağlı işçi qrup yaradılmayıb

MM: Milli Məclisdə "Uşaq pulu" ilə bağlı işçi qrup yaradılmayıb
# 02 sentyabr 2020 19:08 (UTC +04:00)

"Son günlər bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında "uşaq pulu" məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlar yayımlanıb".

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbər görə, məlumatda qeyd olunub ki, guya bir müddət öncə Milli Məclisin sədri Sahibə Qafarova "uşaq pulu"nun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupun yaradılması barədə göstəriş verib: "Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq bildiririk ki, ictimaiyyətə təqdim edilən bu məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR