Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb

Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb
  • Clock-gray 12:15
  • calendar-gray 01 Fevral 2021

Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb.  

APA-nın yerli bürosunun məlumatına görə, ictimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunur. Artıq avtobuslarda xüsusi cihazlar – validatorlar quraşdırılıb. Sərnişinlər kontaktsız işarəsi olan bütün bank, əmək haqqı, pensiya və təqaüd kartları ilə, eyni zamanda NFC funksiyası olan cihazlar, virtual kartlar, hətta xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş edə bilərlər.

Kartı olmayan şəxslər isə yalnız Sumqayıt nəqliyyatında keçərli olan kartları əldə edə bilər. Balansı isə “E-Manat” və “MilliÖn” ödəmə terminalları vasitəsilə artırmaq mümkündür.

Kartla nağdsız ödəniş sistemi il ərzində bütün marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunacaq.

Xatırladaq ki, son zamanlar şəhərin 20-ə yaxın marşrut xəttinə 200-dən çox müasir tələblərə cavab verən avtobuslar verilib.

Ramil Zeynallı

Digər xəbərlər