Yaqut Qarayeva: “Hər kəs vaksinasiyaya çox ciddi yanaşmalıdır”

Yaqut Qarayeva: “Hər kəs vaksinasiyaya çox ciddi yanaşmalıdır”
  • Clock-gray 12:10
  • calendar-gray 16 Yanvar 2021

“Hər kəs özünə sual verəcək ki, mən niyə bu peyvəndi vurdurmalıyam? Hamımız iyun ayında xəstəliyin birinci artımı olanda düşünürükdük ki, açılışa getdikdən sonra hamı xəstələndi, yoluxdu, hər kəsdə immunitet yarandı və bitdi. Amma oktyabr-noyabr aylarında gördük ki, bu heç də belə deyil. Ölkəmizdə bu günə qədər qeydiyyata düşmüş nəticəsi pozitiv olanların sayını elə-belə demədim. Yəni bu sadəcə 226 minin üstündə olan bir rəqəmdir”. 

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, yoluxmanın qarşısını almaq üçün hər kəs öz məsuliyyətini dərk etməlidir: "Strategiyanı açıqlayanda biz uşaqları, gəncləri qeyd etmədik. Çünki bizim hədəflərimiz onlar deyil. Hədəflərimiz yaşlılar, xroniki xəstəlikləri olanlar və bir il ərzində gördüyümüz kimi kimlər xəstəliyi ağır keçirir, sosial olaraq kimlər daha çox riskdədir və sairdir. Biz çoxlu sayda tibb işçilərimizi, həkimlərimizi itirdik. Ona görə də strategiyamızı həm dünya təcrübəsinin üzərində, həm də həm də öz təcrübəmizin üzərində qurmağa çalışdıq. Hər kəs vaksinasiyaya çox ciddi yanaşmalıdır”. 

Günay Elşadqızı

Digər xəbərlər