Bakıda avtomobildən 10 min manat oğurlanıb

Bakıda avtomobildən 10 min manat oğurlanıb
# 01 dekabr 2021 17:45 (UTC +04:00)

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, noyabrın 24-də Nərimanov rayonu ərazisində “Mercedes” avtobmobildən 10.000 manat pul və sənəd oğurlanıb.

Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qobustan rayon sakini Z.Şirinov və Qubadlı rayon sakini R.Camalov saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR