Bank Of Baku

Bakıda sərnişin avtobusunda yanğın baş verib - FOTO - VİDEO

Bakıda sərnişin avtobusunda yanğın baş verib

© APA | Bakıda sərnişin avtobusunda yanğın baş verib

# 16 dekabr 2021 01:15 (UTC +04:00)

Bakının Nərimanov rayonunda sərnişin avtobusu yanıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Natiq Abdullayevin idarə etdiyi “Karsan” markalı 81 nömrəli sərnişin avtobusunun mühərrik hissəsində qəfil tüstülənmə baş verib. Mühərrik bölməsində başlayan yanğının salona keçməsinin qarşısını FHN-nin DYMX-nin mobil briqadası alıb. Əraziyə iki texnika cəlb edilib. Sürücü Natiq Abdullayev APA-ya bildirib ki, hadisə zamanı avtobusda sərnişin olmayıb. O, avtobusu depoya təhvil vermək üçün idarə edib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR