Gəncə sakinin qolu amputasiya edilib

Gəncə sakinin qolu amputasiya edilib
# 12 noyabr 2021 06:31 (UTC +04:00)

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.

Karxanada usta işləyən 1975-ci il təvəllüdlü Bayramov Elsəvər Şubayın oğlunun qolunu ehtiyatsızlıqdan daşdoğrayan mişar kəsib.

46 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağ qolunu amputasiya ediblər. Pasientin vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR