Gəncədə motosiklet avtobusla toqquşub, xəsarət alan var

Gəncədə motosiklet avtobusla toqquşub, xəsarət alan var
# 10 noyabr 2021 15:59 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan motosiklet sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, 28 yaşlı Rəhimov Surət Rəhim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR