Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxs

© APA | Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxs

# 15 noyabr 2021 09:31 (UTC +04:00)

Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Gəncə ŞBPİ-dən APA-ya verilən məlumata görə, Baş İdarənin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər məhkum olunmuş, Vəfadar Hüseynov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman müxtəlif sellofan və kağız bükümlərdə, külli miqdarda narkotik maddə olan “heroin” aşkar edilib.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR