Bu il büdcədə profisit yaranacağı proqnozlaşdırılır

Samir Şərifov

© APA | Samir Şərifov

# 11 noyabr 2021 11:34 (UTC +04:00)

“Dövlət Neft Fondundan gələn il dövlət büdcəsinə 12 milyard 710 milyon manat transfert nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri deyib ki, bu il dövlət büdcəsinə Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və digər mənbələrdən proqnozlaşdırılandan 1,5 milyard manat artıq vəsait daxil olması proqnozlaşdırılır: “İlin sonuna xərclərin 1,2-1,3 milyard manat hissəsinin icra olunmayacağı, büdcə profisitinin yaranacağı gözlənilir. Bu da gələn il keçid layihələrin maliyyələşdiriliməsinə də imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR