Tokio-2020: Azərbaycan badmintonçusu qrupda qalıb

Tokio-2020:  Azərbaycan badmintonçusu qrupda qalıb
# 28 iyul 2021 15:56 (UTC +04:00)

Azərbaycanın badmintonçusu Edi Reski Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, L qrupunda mübarizə aparan idmançımız III turda Anders Antonsenlə görüşüb.

Vyetnamlı Tien Minh Nguyenə qalib gələn rəqiblər qrup qalibi kimi 1/8 finala birbaşa vəsiqə uğrunda mübarizə aparıb.

Olimpiadanın favoritləri sırasında yer alan danimarkalı görüşü inamlı keçirərək 2 setdə qələbə qazanıb. Edi isə qrup mərhələsini 2-ci sırada başa vurub. O, qaliblərlə birlikdə 1/8 finala yüksələn iki ən yaxşı qrup ikincisi sırasına düşə bilməyib. Bununla da idmançımızın Olimpiada debütü qrupda yekunlaşıb.

Qeyd edək ki, Dviçayo Olimpiya Oyunları tarixində badminton yarışlarındakı ilk Azərbaycan təmsilçisidir.

28 iyul
Badminton, kişilər
L qrupu, III tur

15:00. Anders Antonsen (Danimarka) - Edi Reski Dviçayo (Azərbaycan) – 2:0 (21:16, 21:15)

1

Anders Antonsen (Danimarka)

2

2

0

4-0

84-57

2

Edi Reski Dviçayo (Azərbaycan)

2

1

1

2-2

73-74

3

Tien Minh Nguyen (Vyetnam)

2

0

2

0-4

58-84

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR