DMX: Azad olunmuş ərazilərdə əcnəbi işçi qüvvəsinə ehtiyac artıb

Vüsal Hüseynov

© APA | Vüsal Hüseynov

# 17 dekabr 2021 11:38 (UTC +04:00)

“2021-ci il üçün iş kvotası 6740 müəyyən edilib. Əcnəbilərə verilən iş icazələrinin kvotası komissiya tərəfindən müəyyən edilir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

O qeyd edib ki, bu il komissiyanın iclası keçirilib: “Müvafiq qərarın qəbul edilməsi üçün Nazirlər Kabinetinə təklif təqdim olunub. Hesab edirəm ki, gələn il üçün bu kvota artırılacaq. Bunun əsas səbəbi işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma işləri ilə bağlıdır. Bu zəmində əcnəbi işçi qüvvəsinə ehtiyac artıb. Bununla əlaqədar növbəti il üçün artım gözləyirik. Özəl sektor nümayəndələrinə səslənirəm ki, əgər kvota ilə bağlı hər hansı narahatlıqları, əcnəbi işçi qüvvəsini cəlb etmək üçün hər hansı planları varsa, proqnoz məlumatları DMX-yə təqdim edə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR