Gəncədə Anım Günü ilə bağlı ağacəkmə aksiyası keçirilib - FOTO

Gəncədə Anım Günü ilə bağlı ağacəkmə aksiyası

© APA | Gəncədə Anım Günü ilə bağlı ağacəkmə aksiyası

# 27 sentyabr 2021 13:02 (UTC +04:00)

Gəncədə Heydər Əliyev adına Park Kompleksində 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsinə ağacəkmə aksiyası baş tutub.

APA-nın xəbərinə görə, ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş Konsulları Zeki Öztürk, Nikolos İaşvili, millət vəkilləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində 600-dən çox Eldar şamı və çinar ağacı əkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR