Hamilələr əks-göstəriş sertifikatını elektron qaydada ala biləcək

Hamilələr əks-göstəriş sertifikatını elektron qaydada ala biləcək
# 13 dekabr 2021 13:58 (UTC +04:00)

COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin “Əks-göstəriş sertifikatı” da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib.

Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, həmçinin, aşağıda qeyd olunmuş vətəndaşlar bu tətbiq vasitəsilə “Əks-göstəriş sertifikatı”nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər.

- Hamilə qadınlar

- Dağınıq skleroz

- Süd verən analar

Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.

"Elektron səhiyyə" mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləmək mümkündür.

Qeyd edək ki, "Elektron səhiyyə" mobil tətbiqindən qeydiyyat "Asan login"ə inteqrasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR