Ceyhun Bayramov: “Ermənistanın davranışı prosesə lazımsız gərginlik verir”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 11 may 2021 13:19 (UTC +04:00)

“Təəssüf ki, biz tez-tez Ermənistan tərəfindən qeyri-konstruktiv yanaşmalar görürük”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistanın bu davranışı prosesə lazımsız gərginlik verir: “Biz bu davranışın regionda vəziyyətin normallaşdırılmasına xidmət etmədiyini düşünürük. Buna əsas misalı kimi Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə daxil olmaq cəhdlərini göstərmək olar. Ötən ilin noyabr ayının sonlarında Ermənistan hərbçilərinin qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə keçməsi, dekabr ayında Azərbaycan hərbçilərinin həlak olması və yaralanması ilə nəticələnən insident Azərbaycana qarşı hərbi cinayətdir. Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində təxribat-diversiya törədən erməni hərbçilərindən bir neçəsi məhv edilib, bir neçəsi isə tutulub. Hazırda onlarla bağlı istintaq tədbirləri davam etdirilir”.

C. Bayramov Azərbaycanın beynəlxalq humanitar hüququn bütün tələblərini yerinə yetirdiyini diqqətə çatdırıb: “Həmin erməni hərbçilərlə beynəlxalq humanitar hüququn norma və prinsipləri əsasında davranılır, saxlanma şəraiti də normalara uyğundur. Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları, Azərbaycan Ombudsmanı onlarla mütəmadi baş çəkir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR