“Normativ-hüququ aktlar haqqında” Konstitusiya qanunu birinci oxunuşda qəbul olunub

“Normativ-hüququ aktlar haqqında” Konstitusiya qanunu birinci oxunuşda qəbul olunub
# 15 dekabr 2009 11:00 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında “Normativ-hüququ aktlar haqqında” Konstitusiya qanunu layihəsi müzakirə olunub. APA-nın xəbərinə görə, sənəd haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. O bildirib ki, normativ-hüququ aktların müasir tələblərə uyğun hazırlanıb qəbul olunması zəruridir: “Bu baxımdan yeni Konstitusiya qanununun qəbulu mühüm əhəmiyyət kəsb edir. Sənəddə normativ-hüququ aktların hazırlanması qaydaları əksini tapıb”.

Müzakirələr zamanı çıxış edən Fazil Mustafa qanun layihəsinin qəbulunun vacib olduğunu deyib. Pənah Hüseyn isə sənəddə 400-dən çox orfoqrafik səhv tapdığını bildirib. O, layihənin bərbad hazırlandığını söyləyib: “Bu sənədin hazırlanmasına sıfır qiymət verirəm”.

Qüdrət Həsənquliyev Milli Məclisdə prezidentin səlahiyyətli nümayəndəsinin təyin olunmasını təklif edib. Onun fikrincə, qanunvericilik təşəbbüsü subyekti kimi dövlət başçısı tərəfindən parlamentə daxil olan sənədləri təqdim etmək, burada səslənən fikirləri ünvanına çatdırmaq üçün prezidentin nümayəndəsinin qanunverici orqanda olması vacibdir.

Siyavuş Novruzov bu qanunun qəbuluna martda keçirilən referendumdan sonra zərurət yarandığını deyib: “Biz bu sənədi qəbul etməliyik. Çatışmazlıqlar iş prosesində aradan qaldırılacaq”.

Müzakirələrdən sonra sənəd birinci oxunuşda qəbul olunub.

İclasda həmçinin İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarılaraq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR