Əlcəzairdə baş verən təyyarə qəzasında 119 nəfər ölüb - YENİLƏNİB

Əlcəzairdə baş verən təyyarə qəzasında 119 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 11 fevral 2014 14:47 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan “İl” təyyarəsində hərbçilər və onların ailə üzvləri olub.

***

Saat 17.08.

Bakı – APA. Əlcəzairdə hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 100-dən çox adam ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qəza ölkənin şərqində, Umm-əl-Bəvaki yaşayış məntəqəsi yaxınlığında baş verib.

Hərbi mənbələrin bildirdiyinə görə, təyyarə Varkale əyalətindən ölkənin şimal-şərqindəki Konstantina şəhərinin aeroportuna gedirmiş.

Öz növbəsində Əlcəzairin “Ən-Nahar” telekanalı aviaqəza nəticəsində 103 nəfərin öldüyü haqda məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR