Azərbaycanda həkimlərin işə qəbulu üçün keçiriləcək imtahanların vaxtı açıqlanıb

Azərbaycanda həkimlərin işə qəbulu üçün keçiriləcək imtahanların vaxtı açıqlanıb
# 17 oktyabr 2013 09:34 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin APA-ya verdiyi xəbərə görə, sentyabrın 13-dən başlanan sənəd qəbulu prosesi oktyabrın 12-də yekunlaşıb. Onun sözlərinə görə, bir aya yaxın davam edən sənəd qəbulu zamanı 1500 vakant yerə 265 ərizə daxil olub: “Artıq ərizələrin qəbulu və yoxlanması prosesi yekunlaşıb. Həkimlərin işə qəbulu üzrə müsabiqənin ilk mərhələsi-test imtahanları 4 gün ərzində aparılacaq. Belə ki, vakant yerlərə sənəd verən həkimlər oktyabrın 22, 24, 29 və 31-də imtahan verəcəklər. Test imtahanından uğurla keçən namizədlər müsahibədə iştirak edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR