Orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə verənlərin 23565-i qız, 15986-sı oğlandır

Orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə verənlərin 23565-i qız, 15986-sı oğlandır
# 23 avqust 2013 11:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ölkə üzrə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul üçün sənəd verən qızlar oğlanlara nisbətdə çoxluq təşkil edir.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu il 23565 qız, 15986 oğlan ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə verib: “Bakı şəhəri üzrə 4000 oğlan, 7500 qız sənəd verib. Bölgələrdə isə Naxçıvanda 700 oğlan, 1000 qız, Gəncədə 1300 oğlan, 2000 qız, Tovuzda 600 oğlan, 1100 qız müsabiqədə iştirak etmək niyyətindədir. Cənub zonasında isə başqa tendensiya müşahidə edirik. Salyanda 812 oğlan, 822 qız, Lənkəranda 600 oğlan, 1000 qız abituriyent qəbulda iştirak etmək istəyir”.

Komissiya sədri onu da əlavə edib ki, onlar Masallı rayonunda başqa mənzərə ilə qarşılaşırlar: “Masallıda oğlanların sayı çoxluq təşkil edir. Belə ki, 850 oğlan, 677 qız sənəd verib. Baxmayaraq ki, ölkə üzrə təhsil almaq istəyən qızlar çoxluq təşkil edir, cənub zonasında, xüsusən də Masallıda bu göstərici dəyişir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR