Nyu Yorkda “Cavad xan” filminin təqdimatı keçirilib - FOTO

Nyu Yorkda “Cavad xan” filminin təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 10 fevral 2014 08:04 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Nyu York şəhərində Sultan Əyyub Mədəniyyət Mərkəzində “Cavad xan” filminin nümayişi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Nyu York-Azərbaycan Assosiasiyasının sədri Ercan Yerdələnli qonaqları salamlayaraq film haqqında danışdıqdan sonra mərasimə Azərbaycandan qatılan qonaqlara söz verilib. “Cavad xan” filminin quruluşçu rejissoru Rövşən Almuradlı, filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və təqdimatın təşkilatçılarından biri, Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov çıxış ediblər. Çıxışlardan sonra filmə baxış keçirilib.

Qeyd edək ki, 2009-cu ildə lentə alınan “Cavad xan” filmi 19-cu əsrin əvvəllərində öz oğlanları ilə birlikdə vətən uğrunda rus qoşunlarına qarşı mübarizə aparmış və mərdliklə həlak olmuş cəsur sərkərdə Cavad xan haqqındadır. “Cavad xan” filmini maraqla izləyən qonaqlar arasında Azərbaycan Respublikasının ABŞ-da fəaliyyət göstərən diplomatik nümayəndələri, Azərbaycanın BMT-dəki nümayəndəliyinin əməkdaşları, türk dövlətləri səfirliklərinin təmsilçiləri və Nyu-York şəhərində yaşayıb çalışan həmyerlilərimiz də olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR