Azərbaycanın xarici işlər naziri Çexiya səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Çexiya səfirini qəbul edib
# 23 dekabr 2013 14:58 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çex Respublikasının ölkəmizdəki səfiri Radek Matulanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazir E.Məmmədyarov Azərbaycanla Çexiya arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib və çexiyalı diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Çex Respublikasının səfiri ölkəmizdən olduqca xoş təəssüratla ayrıldığını qeyd edib və ölkəmizdə onun fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR