Bakıda «RV Distribution»un mağazası yalan endirim elanlarına görə cərimələnib

Bakıda «RV Distribution»un mağazası yalan endirim elanlarına görə cərimələnib
# 23 iyul 2013 14:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı «RV Distribution» MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti,132 ünvanında yerləşən mağazada qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyənləşdirilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Nazirliyin məlumatında deyilir.

Belə ki, «RV Distribution» MMC-nin sifarişi ilə www.endirimler.az saytında müəssisəyə məxsus paytaxtın Azadlıq prospekti,132 ünvanında yerləşən mağazada satışda olan mallara endirim tətbiq olunması barədə reklamlar yayımlansa da, həmin mağazada aparılmış yoxlama zamanı satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi aşkar edilib.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və mağazanın məxsus olduğu «RV Distribyuşn» MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və 4,9 min manat maliyyə sanksiyası tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR