Dövlət Gömrük Komitəsinin sədri Gəncədə vətəndaşlarla görüşəcək

Dövlət Gömrük Komitəsinin sədri Gəncədə vətəndaşlarla görüşəcək
# 26 fevral 2014 09:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Gəncə şəhərində vətəndaşlarla görüşəcək.

DGK-dan «APA-Economics»ə verilən məlumata görə, A.Əliyev fevralın 28-də saat 10:00-da Gəncə Gömrük İdarəsinin inzibati binasında (Gəncə şəhəri, Abbas Səhhət küçəsi,72) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Gəncə şəhəri, həmçinin Naftalan, Goranboy, Kəlbəcər və Daşkəsən rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR