Azərbaycanın neft və qaz hasilatında dəyişiklik olmayacaq

Azərbaycanın neft və qaz hasilatında dəyişiklik olmayacaq
# 19 avqust 2013 10:01 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında gələn ilki büdcədə dəyişiklik olmayacağını, neft hasilatı ilə bağlı proqnozun bu ilki həddə olacağını bildirib.

ARDNŞ prezidenti R. Abdullayev qeyd edib ki, gələn il də bu il olduğu kimi 42.2 mln ton neft hasil olunacağı proqnozlaşdırılır.

R. Abdullayev təbii qaz hasilatı proqnozunda da dəyişiklik olmayacağını qeyd edib.

Gələn il də bu il olduğu kimi 28.8 mlrd. kubmetr qaz hasilatı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR