Azərbaycan prezidenti ABŞ nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti ABŞ nümayəndə heyətini qəbul edib
# 24 noyabr 2013 21:05 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev konqresmenlər - Vaşinqton ştatından demokrat Cim MakDermott, Virciniya ştatından demokrat Ceyms Moran, Missuri ştatından respublikaçı Billi Lonq, Nyu Cersi ştatından demokrat Donald Peyndən ibarət ABŞ nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, prezident İlham Əliyev ABŞ nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub, əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR