Azərbaycanda 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 2 hal üzrə iş hüquq-mühafizə orqanlarına göndərilib

Azərbaycanda 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 2 hal üzrə iş hüquq-mühafizə orqanlarına göndərilib
# 17 dekabr 2013 08:38 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin mərkəzi aparatında aparılmış struktur dəyişiklikləri nəticəsində Daxili nəzarət şöbəsi yaradılıb və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin olunub. Edilən xəbərdarlıqlara baxmayaraq, son 6 ayda ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Nazirlikdən bildirilib ki, məktəblərdə baş verən mənfi hallara qarşı Təhsil Nazirliyinin mövqeyi barışmaz olacaq, təhsil sistemində mövcud olan neqativ hallarla mübarizədə sistemli yanaşma tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR