Ağdaşda avtomobil mağazaya girib, satıcı xəsarət alıb - VİDEO

Ağdaşda avtomobil mağazaya girib, satıcı xəsarət alıb - <span style="color: red;">VİDEO
# 24 dekabr 2013 14:38 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Ağdaş şəhərində qeydə alınıb. “Mercedes” markalı minik maşını idarəetməni itirərək, mağazaya girib və orada satıcı işləyən rayon sakini, 1962-ci il təvəllüdlü Fətəliyeva Xuraman Əlibala qızını vurub. Yaralı təcili olaraq Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, yaralı reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR