Azərbaycan-Rusiya sərhədini qayıqla qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Azərbaycan-Rusiya sərhədini qayıqla qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb
# 03 mart 2014 08:22 (UTC +04:00)

APA-nın “novayagazeta-ug.ru” saytına istinadən verdiyi məlumata görə, martın 2-də qayıqla sərhədi keçmək istəyən 1975-ci il təvəllüdlü Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qayıqda onunla birlikdə 1961-ci il təvəllüdlü Rusiya vətəndaşı da olub.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan Azərbaycan vətəndaşı federal axtarışda olub. O, narkotik vasitələrin saxlanılması və satılmasında təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR