Şamaxıda iki yük avtomobili toqquşub, yaralanan var

Şamaxıda iki yük avtomobili toqquşub, yaralanan var
# 07 iyun 2014 15:30 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax yolunun 127-ci kilometrində "MAN" markalı yəhərli-dartıcı yük avtomobili ilə "Mercedes" markalı yük avtomobili toqquşub.

Nəticədə "Mercedes" markalı yük avtomobilinin sahibi müxtəlif bədən xəsarətləri alıb. Həmin şəxs yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə, avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR