«Bank Respublika»nın aktivləri ötən il 38% artıb

«Bank Respublika»nın aktivləri ötən il 38% artıb
# 25 fevral 2013 13:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Bank Respublika» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 430,841 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37,6% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 35,6% artaraq 234,731 mln. manata çatıb.

Bankın depozit portfeli 2012-ci ildə 60,5% artaraq 259,042 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 85,776 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5,2% azdır.


Ötən il ərzində bankın məcmu kapitalı 3,0% artaraq 59,191 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 37,461 mln. manat təşkil edib.


Hazırda bankın ölkə üzrə 34 filialı, 52 bankomatı, 682 POS-terminalı fəaliyyət göstərir. Bankın 575 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR