Ağdaşda silahlı insident törədən şəxslər həbs ediliblər

Ağdaşda silahlı insident törədən şəxslər həbs ediliblər
# 13 aprel 2013 11:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ağdaşda silahlı insident törədən şəxslər həbs ediliblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 12-də Ağdaş rayonunun Ləki qəsəbəsindəki “Ləki” restoranında Qolqəti kənd sakini Şakir Səmədov, Ucar rayon sakini Mehman Məmmədov, Göyçay rayon sakinləri Etibar Qasımov, İlqar Əliyev və Rusiya Federasiyası vətəndaşı Şöhrət Həsənov arasında münaqişə baş verib. Bu zaman Ş. Həsənov pnevmatik tapançadan atəş açaraq E. Qasımova, E. Qasımov isə şüşə parçası ilə Ş. Həsənova xəsarət yetiriblər.

Sonradan Ş. Həsənov və Ş. Səmədov köməyə çağırdıqları Ağdaş rayon sakini Pərviz Ağayevə məxsus “Herton” markalı avtomaşında hadisə yerini tərk ediblər.

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşın Ləki qəsəbəsi ərazisində saxlanılıb, Ş. Həsənov, Ş. Səmədov və P. Ağayev tutulublar.

Avtomaşına baxış zamanı 1 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR