Dağıstanda 2 polis nəfəri öldürülüb

Dağıstanda 2 polis nəfəri öldürülüb
# 27 mart 2013 01:48 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Mahaçqala şəhərində polisə hücum edilib. APA-nın məlumatına görə, gecə saatlarında «NİVA» markalı avtomobili saxlatmaq istəyən polislər atəşə tutulublar. Nəticədə 2 polis nəfəri həlak olub, 1 nəfər isə yaralanıb. Cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olublar. Dəqiqləşdirilməmiş məlumata görə, onlardan biri yaralanıb.

Şəhərdə quldurları tutmaq üçün xüsusi əməliyyat keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR