Bağdadda gənclərin toplaşdığı kafe partladılıb: 27 nəfər ölüb, onlarla adam yaralanıb

Bağdadda gənclərin toplaşdığı kafe partladılıb: 27 nəfər ölüb, onlarla adam yaralanıb
# 19 aprel 2013 01:10 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 27 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, yerli polis insident nəticəsində onlarla yaralının olduğunu bildirir.

Terror aktı Bağdadda, gənclərin toplaşdığı kafedə baş verib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir təşkilat öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR