Əvəz Zeynallının məhkəmə prosesi təxirə salınıb

Əvəz Zeynallının məhkəmə prosesi təxirə salınıb
# 20 fevral 2013 09:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, buna məhkəmənin hakim tərkibində olan Tamella Nəsrullayevanın xəstə olması və işə çıxmaması səbəb olub. Proses fevralın 28-də davam etdiriləcək.

Qeyd edək ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR