Azərbaycanda sosial evlərin yaradılmasına dair təkliflər hazırlanır

Azərbaycanda sosial evlərin yaradılmasına dair təkliflər hazırlanır
# 16 fevral 2012 14:39 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda sosial evlərin yaradılması ilə bağlı təkliflər hazırlayır. “APA-Economics”-in məlumatına görə, bu barədə nazirliyin aparat rəhbərinin müavini Elnur Kələntərli bildirib. Onun sözlərinə görə sosial evlər respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxtda yaradıla bilər: “Sosial evlər evsiz və kimsəsiz insanlar üçün nəzərdə tutulur. Bununla bağlı təkliflər hazırlayırıq. Təklifləri yaxın gələcəkdə hökumətə təqdim etməyi planlaşdırırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR