Oleq Qazmanov “Buranovskiye babuşki” qrupuna dəstək vermək üçün Bakıya gəlib - FOTOSESSİYA

Oleq Qazmanov “Buranovskiye babuşki” qrupuna dəstək vermək üçün Bakıya gəlib - <font color=red>FOTOSESSİYA</font>
# 21 may 2012 08:11 (UTC +04:00)
APA-nın məlumatına görə, gecənin aparıcılığını Rusiyanın məşhur idman şərhçisi, o cümlədən builki “Eurovision” mahnı müsabiqəsinin Rusiya üzrə şərhçisi Dmitriy Quberniyev həyata keçirib. Rusiyalı təmsilçilər səhnədə “Eurovision-2012” mahnı müsabiqəsinə qatıldıqları “Party for Everybody” mahnısı ilə yanaşı, daha iki mahnı ifa ediblər.

Nənələrin udmurt dilində ifa etdikləri "Şən Azərbaycan" mahnısı da tamaşaçıların marağına səbəb olub.

Gecəyə nənələri dəstəkləmək üçün ötən gün şəhərimizə gələn Rusiyanın xalq artisti Oleq Qazmanov da mərasimin qonağı olub.

Qazmanov ”Buranovskiye babuşki” qrupu ilə birgə mahnı ifa etdikdən sonra bir neçə sevilən mahnısını gecəyə qatılan qonaqlara təqdim edib. Gecəyə maraq qatan digər ifa isə Rusiyada yaşayan azərbaycanlı ifaçı-bəstəkar Eminin çıxışı olub. Emin bir ərzində “Never Enough” , “Just For One Night”, “Higher” , “Miss America” və digər sevilən mahnılarını qonaqlara ərməğan edib. Rusiyalı nənələrin şərəfinə təşkil olunmuş gecədə Litva, Belarus, Latviya təmsilçiləri də iştirak edərək, yarışmada ifa etdikləri mahnıları qonaqlara təqdim ediblər. Latviya təmsilçisi Anmari yarışmada ifa etdiyi mahnı ilə yanaşı Azərbaycan xalq mahnısı “Sarı Gəlin”i də səsləndirib. Gecəyə qatılan qonaqlar arasında Qaytana, İvi Adamou, Anqun, Kurt Kalleya, Anri Joxadze də olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR