«Royalbank»ın əhalidən cəlb etdiyi əmanətlərin həcmi 9% artıb

«Royalbank»ın əhalidən cəlb etdiyi əmanətlərin həcmi 9% artıb
# 08 may 2012 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Royalbank» ASC-nin kredit portfelinin həcmi 2012-ci ilin aprel ayının 1-nə 123,263 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,3% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın qısa müddətli kreditlərinin (12 ayadək) həcmi 66% azalaraq 18,251 mln. manat, uzunmüddətli kreditlər (12 aydan aratıq) 11 dəfə artaraq 105,012 mln. manat, istehlak kreditləri 32% azalaraq 63,817 mln. manat olub.

Bu müddət ərzində bankın depozit portfelinin həcmi 5% artaraq 80,112 mln. manat, o cümlədən müddətli depozitlər 6,5% artaraq 65,399 mln. manat, tələb olunan depozitlər 0,3% azalaraq 14,714 mln. manat, əhalinin əmanətləri isə 9,4% artaraq 9,617 mln. manata çatıb.

Xatırladaq ki, «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 2 şöbəsi, 8 mübadilə şöbəsi, 31 bankomatı, 113 POS-terminalı və 563 işçisi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR