Kürdə suyun səviyyəsi qalxıb

Kürdə suyun səviyyəsi qalxıb
# 13 iyul 2012 12:02 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Son günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə edilir. İyulun 9-dan başlayaraq Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 65, iyulun 11-dən başlayaraq Şirvanda 42, Salyanda 35, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində isə 20 santimetr artım qeydə alınıb. APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda Surra məntəqəsində suyun səviyyəsi 447, Şirvanda 326, Salyanda 258, Bankədə 2343, Araz çayının Novruzlu məntəqəsində isə 160 santimetr təşkil edir.

Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 30 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 195 kubmetr/saniyə, ongünlük normanın 94 faizi həcmindədir. Son dörd gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 23 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi 134 kubmetr/saniyə olmaqla, ongünlük normanın 120 faizini təşkil edir.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara bölgəsi çaylarında 130-260, Naxçıvan MR çaylarında isə 105-110 faizdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR