Ombudsman əfvlə bağlı prezidentə müraciət edib

Ombudsman əfvlə bağlı prezidentə müraciət edib
# 02 iyun 2012 09:24 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova deyib.

Ombudsman qeyd edib ki, İctimai Palata üzvlərinin həbsdən azad edilməsi ilə bağlı onun tərəfindən hər hansı müraciət olmayıb.

E. Süleymanov deyib ki, dünən əfvlə bağlı ölkə prezidentinə növbəti müraciətini edib: “Ombudsman Aparatında müntəzəm olaraq həm məhkumlardan, həm də onların ailə üzvlərindən gələn müraciətləri təhlil edirik. Hər ayın 1-də ötən ayın müraciətlərini təhlil edərək, Əfv Komissiyasına müraciət edirik. Dünən də növbəti müraciəti etmişik”.

Ombudsman nə qədər məhkumun əfv olunması barədə müraciət etdiyini açıqlamayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR