Türkiyə bu ilin mart ayında İrandan 1,17 milyon ton xam neft alıb

Türkiyə bu ilin mart ayında İrandan 1,17 milyon ton xam neft alıb
# 09 may 2012 10:01 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyənin İrandan neft idxalı bu ilin mart ayında 1,17 milyon tona yüksəlib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Türkiyə fevral ayında İrandan 401 min 349 ton, mart ayında bundan 3 dəfə artıq neft alıb.

Xəbərdə qeyd olunur ki, hazırda Türkiyə İrandan neft idxalını azaltmaq üçün bəzi ölkə və şirkətlərlə danışıqlar aparır: “Hətta ilk olaraq Livandan neft alınması məsələsi gündəmdədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR