İran parlamentinin komissiya sədri: “Tehran sanksiyalara qarşı neft “silah”ından istifadə edəcək”

İran parlamentinin komissiya sədri: “Tehran sanksiyalara qarşı neft “silah”ından istifadə edəcək”
# 26 oktyabr 2012 10:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Avropa Birliyi (AB) İrana qarşı sanksiyalarda israrlı olsa, İran da onlara nefti ilə daha güclü cavab verər”. APA-nın “Fars” agentliyinə istinadən məlumatına görə, bu fikirləri İran parlamentinin enerji komissiyasının sədri Məsud Mirkazımi deyib.

O bildirib ki, AB İrana qarşı sanksiyalara davam edəcəyi təqdirdə, Tehran da neft “silah”ından istifadə edəcək: “İran neftini dünya bazarından çəksə, ilk olaraq Avropa üçün problem yaranacaq. Qərb nefti siyasi vasitə kimi istifadə edirsə, İran da bunu edəcək. Bu silah əsas İranın əlindədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR