«ABB-Moskva» bankı adını dəyişib - FOTO

«ABB-Moskva» bankı adını dəyişib - <font color=red>FOTO</font>
# 07 fevral 2012 12:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan «ABB-Moskva» adını «Bank ABB-Moskva»ya dəyişib.

Azərbaycan Beynəlxalq Bankından «APA-Economics»ə verilən məlumata görə, müvafiq dəyişikliklər Federal Vergi Xidmətinin Moskva şəhəri üzrə İdarəsində qeydiyyata alınıb.

Bundan başqa, Bankın nizamnamə kapitalı 67,4% artırılaraq 856,110 mln. rubla (22,3 mln. manat) çatdırılıb.

Qeyd edək ki, cari ilin yanvarın 1-nə Bankın aktivləri 22,9 mlrd. rubl (598 mln. manat), kredit portfeli 16,844 mlrd. rubl (440 mln. manat), məcmu kapitalı 2,13 mlrd. rubl (55,6 mln. manat) təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR