Səbinə Babayeva Kiyevdə məşhur amerikalı bəstəkar Kris Bottinin konsertində çıxış edib - FOTO

Səbinə Babayeva Kiyevdə məşhur amerikalı bəstəkar Kris Bottinin konsertində çıxış edib - <font color=red>FOTO</font>
# 04 aprel 2012 11:26 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycanın “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva Kiyevdə məşhur amerikalı truba ifaçısı və bəstəkar Kris Bottinin konsertində çıxış edib. APA-nın təmsilçinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, konsertin təşkilatçıları Azərbaycan təmsilçisini məhz gözəl caz-vokal ifaçısı kimi dəvət ediblər. Səbinə Babayeva bu konsertdə iştirakını arzularının gerçəkləşməsi kimi qiymətləndirib: “Mən onun bacarıqlarına heyranam. O caz musiqisi üçün çox şey edib”.

Azərbaycanlı müğənni konsertdə XX əsrin ən populyar mahnılarından biri – “You Make Me Feel” və “Eurovision-2012” ifa edəcəyi “When the music dies” kompozisiyalarını ifa edib. Onun ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Sting, Areta Franklin kimi dünya şöhrətli musiqiçilərlə əməkdaşlıq edən Kris Botti Avropada tez-tez konsertlər təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR