Gürcüstanın energetika naziri Azərbaycana səfər edəcək

Gürcüstanın energetika naziri Azərbaycana səfər edəcək
# 01 iyun 2012 09:15 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Gələn həftə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri Azərbaycana səfər edəcək.

Gürcüstanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, A.Xetaqurinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 5-8-də Bakıda keçiriləcək 19-cu “Caspian Oil & Gas 2012” beynəlxalq sərgisində iştirak edəcək.

Gürcüstanlı nazirin sərginin açılış mərasimində iştirak edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR