Əxlaqsız yuvaları təşkil etdiyi üçün axtarışda olan şəxs tutulub

Əxlaqsız yuvaları təşkil etdiyi üçün axtarışda olan şəxs tutulub
# 02 iyun 2012 08:06 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Yasamal rayonunda axtarışda olan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə axtarışda olan Müzəffər Cəfərov iyunun 1-də tutulub.

Hazırda fakt üzrə istintaq davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR