Dağıstanda 5 polisin ölümü ilə nəticələnən terror aksiyasını dul qadın törədib

Dağıstanda 5 polisin ölümü ilə nəticələnən terror aksiyasını dul qadın törədib
# 07 mart 2012 12:08 (UTC +04:00)
Bakı – APA. Dağıstanda Qarabudaqkəndin girişində 5 polisin ölümü ilə nəticələnən terror aksiyasını törədən terrorçu-kamikadzenin şəxsiyyəti müəyyənləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, partlayışı bu ilin fevralında öldürülmüş qanunsuz silahlı qrupların üzvü Zaur Zagirovun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Aminat İbrahimovanın törətdiyi açıqlanıb. Partlayıcı 2 kiloqram trotil gücünə bərabər olub. Beş polis hadisə yerindəcə keçinib, 2 polis yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR