Azərbaycanda ovun qadağan edildiyi ərazilərin siyahısı açıqlanıb
04 iyun 2012 07:40 (UTC +04:00)
APA-nın məlumatına görə, nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.
Onun sözlərinə görə, Azərbaycanda ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. H. Əlizadə birdəfəlik ov icazəsinin qiymətlərini də açıqlayıb. O deyib ki, bu məbləğ dovşan üçün 2 manat 20 qəpik, çaqqal üçün 3 manat 96 qəpik, yenot və qunduz üçün 1 manat 65 qəpik, təkə üçün 24 manat 75 qəpik, qaban (çöl donuzu) üçün 16 manat 50 qəpikdir.
Qeyd edək ki, Azərbaycan ərazisində 2012-2013-cü illər üçün ov mövsümü iyunun 2-dən açıq elan edilib.

Sosial
Gəncənin icra başçısı sakinlərlə görüşüb
18:24
1 may 2024
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
17:50
1 may 2024
Qarabağ atları Britaniyada “Vindzor Kral Atçılıq Şousu”na qatılıb
17:45
1 may 2024
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər
17:16
1 may 2024