Azərbaycanın Meksikadakı səfiri İberoamericana Universitetində Azərbaycana həsr edilmiş elmi konfransda təqdimatla çıxış edib - FOTO

Azərbaycanın Meksikadakı səfiri İberoamericana Universitetində Azərbaycana həsr edilmiş elmi konfransda təqdimatla çıxış edib - <font color=red>FOTO</font>
# 10 may 2012 07:15 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Meksikanın ən böyük universitetlərindən biri olan İberoamericana Universitetində Azərbaycana həsr edilmiş elmi konfransda təqdimatla çıxış edib. Konfransın keçirilməsində məqsəd Azərbaycan reallıqları və regionda davam edən siyasi proseslərdə ölkənin rolu haqqında İberoamericana Universitetinin beynəlxalq əlaqələr fakültəsini təmsil edən tələbə və professor heyətinin məlumatlandırılması olub. Səfirlikdən APA-ya verilən xəbərə görə, İ. Muxtarov müvafiq xəritələr əsasında Azərbaycanın tarixi, mədəniyyəti, qədim “İpək Yolu”, habelə ölkənin müasir dövrdə inkişaf edən iqtisadi potensialı və beynəlxalq münasibətləri, region dövlətləri arasında oynadığı mühüm rolundan bəhs edib. O, çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti, Xocalı soyqırımı və insanlığa qarşı törədilmiş bu cinayətin beynəlxalq səviyyədə tanınması prosesindən, o cümlədən Meksika, Pakistan və Kolumbiya senatları tərəfindən qəbul edilmiş qətnamələr haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.

Konfransın sonunda İ. Muxtarov iştirakçıların çoxsaylı suallarını cavablandırıb və İberoamericana Universitetinin kitabxanasına Azərbaycan haqqında, eləcə də Dağlıq Qarabağ münaqişəsindən bəhs edən müxtəlif kitablar hədiyyə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR